İdman 19:24 06.05.2023

"Zirə" Şamaxıda üç xala sevindi

Azərbaycan Premyer Liqasında 33-cü tur çərçivəsində daha bir oyun keçirilib.
 
Qaynarinfo-nun məlumatına görə "Zirə" "Şamaxı"nın qonağı olub. Şamaxı şəhər stadionunda baş tutan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
 
"Zirə"nin heyətində Vladislav Kulaç (35), Hamidu Keyta (57) və Rüstəm Əhmədzadə fərqlənib (82). Bu qələbədən sonra Rəşad Sadıqovun komandası xallarının sayını 45-ə yüksəldib. Avrokuboklara vəsiqə verən 4-cü pillə uğrunda mübarizədə "Qəbələ"dən 3 xal geridə olan Bakı klubu gələn tur "Kəpəz"i qəbul edəcək. 
 
Səbuhi Həsənov