İdman 17:42 15.08.2022

"Zirə" iki futbolçusu ilə yolları ayırır

"Zirə” iki futbolçusunu transferə çıxarıb.
 
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, transferə çıxarılanlar müdafiəçi Təmkin Xəlilzadə və yarımmüdafiəçi İlkin Muradovdur.
 
Adıçəkilən futbolçular bu müddətdə əvəzedici komandada olacaqlar.
 
Səbuhi Həsənov