Ölkə 14:28 05.01.2022

“Özüm ərizəmlə işdən azad olundum” – Nazirin işdən çıxardığı rəis danışdı (FOTO)

 
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırovu vəzifəsindən azad edib. 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Namiq Xıdırov öz ərizəsi ilə işdən çıxarıldığını deyib:
 
"Öz ərizəmlə işdən azad olundum. Özüm Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsində çalışmaq istəmədim”.

N.Xıdırov  dolayısı yolla Lənkəran, İsmayıllı və digər rayonlarda meşələrin qanunsuz qırılması faktları üzrə aparılan yoxlamaların nəticəsinə görə vəzifəsindən azad olunduğunu təsdiqləyib.

Sabiq rəis barəsində Baş prokurorluq və digər hüquq-mühafizə orqanlarında cinayət işinin açılmadığını da deyib:
 
"Bu barədə məlumat həqiqətə uyğun deyil”.  

Qeyd edək ki, virtualorg.az-a daxil olan məlumata görə, Baş prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Lənkəran, İsmayıllı, Masallı və digər rayonlarda meşələrin qanunsuz qırılması faktları üzrə aparılan yoxlamaların nəticəsi olaraq Namiq Xıdırov işdən azad olunub.

 Əhməd