Ölkə 16:16 26.11.2022

Təhsil ekspertindən nazirin gecikən dərsliklərlə bağlı fikirinə münasibət: "Problem hələ də var"

Təhsil ekspertindən nazirin gecikən dərsliklərlə bağlı fikirinə münasibət: "Problem hələ də var"

"Hazırda orta ümumtəhsil məktəblərində 5-ci sinif "Təbiət” dərsliyi ilə bağlı problemlər qalmaqdadır”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov elm və təhsil naziri Emin Əmrullayevin orta ümumtəhsil məktəblərində dərslik çatışmazlığı probleminin tamamilə həll olunması ilə bağlı fikirlərinə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, bir sıra məktəblərdə "Təbiət” kitabının çatışmazlığı müşahidə olunur:

"Orta ümumtəhsil məktəblərinə şagirdlərin oxuması üçün dövlət tərəfindən verilən dəsrliklər nəinki yeni dərs ilinə, çox təəssüflər olsun, noyabr ayına kimi həllini tapmadı və bu sahədə ciddi problemlər vardı. Xüsusən 3-cü, 5-ci, 7-ci siniflərdə. Noyabrın 10-na kimi 7-ci və 10-cu siniflərin riyaziyyat fənni dərsliyinin verilməsində problemlər yaşanıb”.

Qeyd edək ki, Elm və Təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə orta ümumtəhsil məktəblərində dərslik çatışmazlığı probleminin olmadığını açıqlayıb:

"Dərsliklərn gecikməsi kifayət qədər obyektivdir. Kağız çatışmazlığı səbəbindən istehsal yubanmışdı. Qonşu ölkələrdə də belə problemlər yaranmışdı. Məsələnin mahiyyəti dərslik deyil. İstəyən adam həmin dərsliyin elektron versiyasını tapa bilərdi. Amma noyabrın əvvəlində dərsliklə bağlı proses bitib, hazırda dərslik problemi yoxdur", - nazir bildirib.

Bahar Rüstəmli