Xəbər lenti

10 ayda 43 polis öldürüldü:
Dünya 13:48 16.07.2025

10 ayda 43 polis öldürüldü: "Komandan Nitro" həlak oldu

Meksikanın Sinaloa əyalətində baş verən silahlı hücum nəticəsində "Komandan Nitro” ləqəbi ilə tanınan polis əməkdaşı Devid Kristobal Barraza Sains həyatını itirib.

Qaynarinfo xəbər verir ki, Sinaloa əyalət polisində "Komandan Nitro” kod adı ilə tanınan Devid Kristobal Barraza Sains zirehli nəqliyyat vasitəsində hərəkətdə olarkən silahlı qrup tərəfindən pusquya salınıb.

Hadisə Sinaloa əyalətinin Pedro İnfante bulvarında saat 13:00 radələrində baş verib. Silahlı hücum nəticəsində Kristobal hadisə yerində vəfat edib.

O, Sinaloa kartelinin daxili fraksiyaları arasında baş verən qarşıdurmalar fonunda son 10 ayda öldürülən 43-cü polis əməkdaşıdır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->