Xəbər lenti

İtaliyan nazir Britaniyanın addımını
Dünya 13:06 31.01.2026

İtaliyan nazir Britaniyanın addımını "dəlilik" adlandırdı: Nə baş verir?

İtaliyanın müdafiə naziri Qvido Krozetto Böyük Britaniyanın qabaqcıl texnologiyalarla bağlı məxfilik siyasətini və müttəfiqlərlə paylaşmaqdan imtinasını sərt şəkildə tənqid edib. O, altıncı nəsil "Tempest” qırıcısının GCAP proqramı çərçivəsində birgə hazırlanması zamanı britaniyalıları texnologiyaları gizlətməkdə ittiham edərək bunu "dəlililik” adlandırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Defense News” yazır.

Krozetto xəbərdarlıq edib ki, Böyük Britaniyanın bu proqram çərçivəsində italyan və yapon tərəfdaşları ilə qabaqcıl texnologiyaları paylaşmaqdan imtinası dünya üzrə rəqiblərə fayda verə bilər: "Bu, ruslara və çinlilərə böyük bir xidmətdir".

Bu, Krozettonun GCAP proqramı çərçivəsində texnologiya mübadiləsində gecikmələrə görə Böyük Britaniyanı ilk dəfə tənqid etməsi deyil. O, 2025-ci ilin aprelində "Reuters” agentliyinə açıqlamasında Böyük Britaniyanın "eqoizm baryerlərini” dağıtmalı olduğunu demişdi.

Bu həftə "Defense News”un Böyük Britaniyanın texnologiya paylaşmaq istəməməsi ilə bağlı mövqeyinin dəyişib-dəyişmədiyi sualına cavab verən Krozetto bildirib ki, heç nə dəyişməyib.

"Onlar bunu etmək istəmirlər. Belə bir məqamda müttəfiqlərlə texnologiya paylaşmamaq dəliçilikdir", deyən nazir əlavə edib.

Krozetto vurğulayıb ki, proqramda İtaliya tərəfini təmsil edən "Leonardo” şirkətinə müttəfiqlərlə texnologiyalarını ilk olaraq paylaşmaq tapşırığı verib. Bundan sonra İtaliya Müdafiə Nazirliyi tərəfdaşların addımlarını qiymətləndirəcək və qarşılıqlı yanaşma gözləyəcək.

Böyük Britaniya İtaliya və Yaponiya ilə birlikdə 2035-ci ilə qədər istismara verilməsi planlaşdırılan səsdən sürətli və aşağı görünürlüklü döyüş təyyarəsinin hazırlanması üzərində işləyir. Təyyarə uzaq məsafəli uçuşlar, böyük faydalı yük və avadanlıq daşınması üçün nəzərdə tutulur və ölçülərinə görə düşmən ərazilərinin dərinliklərinə yönələn missiyalar üçün dizayn edildiyi ehtimal olunur.

"Tempest”in silahlanmasına perspektivli ABŞ istehsalı "AIM-260” raketi və ya gələcəkdə yaradıla biləcək modernləşdirilmiş "Meteor” versiyasının daxil edilə biləcəyi bildirilir. Bununla yanaşı, mütəxəssislər hələ rəsmi şəkildə təqdim olunmamış, tamamilə yeni bir raketdən söhbət getdiyi qənaətindədirlər.

Aydın

--> -->