Xəbər lenti

2026-cı il üçün inflyasiya proqnozu - Bəzi ərzaq növlərində bahalşma olacaq
Ekonomiks 19:03 16.09.2025

2026-cı il üçün inflyasiya proqnozu - Bəzi ərzaq növlərində bahalşma olacaq

"Gələn il ölkədə ümumi inflyasiya 5 faizdən az olmayacaq. Ancaq ərzaq inflyasiyası 6 faiz, hətta bəzi ərzaqlara görə 8-10 faiz civarında olacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda 2026-cı ilin inflyasiya göstəricisilə bağlı İqtisadiyyat Nazirliyinin verdiyi proqnozu şərh edərkən deyib.

"Ümumi inflyasiya göstəriciləri önəmlidir. Amma bununla belə, ölkəmizdə əhalini daha çox maraqlandıran ərzaq inflyasiyasıdır. Hazırda ərzaq inflyasiyası 6 faizdən çoxdur. Gələn il üçün də ərzaq inflyasiyasının təxminən bu səviyyədə, hətta bəzi ərzaq növlərində daha yüksək 8-10 faiz civarında olacağı ehtimalı daha böyükdür. Ümumi inflyasiya göstəricisi  isə 5 faizdən az olmayacaq", deyə Natiq Cəfərli bildirib.
 


Ekspert qeyd edir ki, Azərbaycanın ərzaq məhsullarından asılılığı azalmır:

"Ərzaq məhsulları üzrə təxminən 70-75 faiz idxaldan asılıyıq. Gələn il də də bu asılılıq artacaq. İdxaldan asılılıq davam etdikcə, daxili bazarda qiymətlərin sabitləşməsi də çətin prosesə çevrilir". 

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi 2026-cı il üçün inflyasiyanın hansı səviyyədə olacağı barədə proqnozunu açıqlayıb. Nazirliyin proqnozuna görə, gələn il üçün Azərbaycanda inflyasiya 4,8 faiz həddində olacaq. Bu barədə  Maliyyə Nazirliyinin "2026-cı ilin icmal və dövlət büdcələrinin ilkin göstəriciləri haqqında məlumatında deyilir. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->