Xəbər lenti

80 mindən çox dərman və tibbi vasitənin qanunsuz yolla gətirilməsinin qarşısı alındı
Foto 14:18 21.12.2025

80 mindən çox dərman və tibbi vasitənin qanunsuz yolla gətirilməsinin qarşısı alındı

Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Mazımqara gömrük postunda Türkiyədən Azərbaycana günəbaxan yağı yükü gətirən nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan yükə gömrük yoxlaması tətbiq edilib.

Yoxlama zamanı gömrük orqanına bəyan edilməyən 83 min ədəd dərman və tibbi vasitələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->