Bakıda otaq yoldaşının bank hesabından 2 020 manat oğurlayan şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1998-ci ildə Xaçmaz rayonunda anadan olan A.S. Səbail rayonunda birlikdə kirayə yaşadığı otaq yoldaşının yatmasından istifadə edərək onun telefonundakı bank tətbiqinə daxil olub. O, zərərçəkmişin hesabından öz “Leobank” kartına 2 020 manat köçürüb.
A.S. pulun 1 900 manatını nağdlaşdırıb, 417 manatını AZPULMAT-a olan borcunu ödəməyə, qalan hissəsini isə şəxsi ehtiyaclarına xərcləyib. Daha sonra dəymiş 2 020 manat ziyanı tam ödəyib.
Zərərçəkmiş onunla barışdığını və şikayətinin olmadığını bildirib. Məhkəmə A.S.-nin əvvəllər məhkum olunmamasını, əməlini etiraf etməsini və dəymiş ziyanı ödəməsini nəzərə alıb.
A.S. 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Əvvəl saxlanıldığı 2 gün nəzərə alınaraq yekun cəza 1 il 8 ay 26 gün müəyyənləşdirilib.
Aydın
Şərhlər