Balakən rayonunda 87 yaşlı qadının pul qabından icazəsiz 400 manat götürən baxıcısı cəzalandırılıb.
Qaynarinfo-nun məlumatına görə, hadisə rayonun Yeni Şərif kəndində baş verib.
1996-cı ildə Zaqatala rayonunun Danaçı kəndində anadan olmuş Z.C. adlı qadın barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, Z.C. 2 aydır baxıcısı işlədiyi 1938-ci il təvəllüdlü Xacay Xattayevanın çantasından 400 manat pulu götürüb. Təqsirləndirilən qadın həmin pulla özünə paltar və evinə ərzaq alıb. Z.C. məhkəmədə əməlindən peşman olduğunu və sentyabrın 27-də Xacay Xattayevanın pulunu qaytaracağına söz verib.
Məhkəmənin qərarı ilə Z.C. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, ona 200 saat ictimai işlər tənbehi tətbiq edilib.
Aydın
Şərhlər