Xəbər lenti

ABŞ: “Demokratlar”ın lideri Ukraynaya qoşun göndərilməsini istisna etmədi
Dünya 14:17 06.05.2024

ABŞ: “Demokratlar”ın lideri Ukraynaya qoşun göndərilməsini istisna etmədi

Konqresin Nümayəndələr Palatasındakı Demokratik azlığın lideri Hakim Jeffries bildirib ki, ABŞ-ın Rusiya-Ukrayna münaqişəsinə müdaxilə etməsi lazım ola bilər. Onun sözlərinə görə, ABŞ qoşunlarının göndərilməsi istisna edilmir.

Qaynarinfo xəbər verir ki, o, bu barədə CBS News-a bildirib.

"Biz Ukraynanın çökməsinə imkan verə bilmərik. Əgər bu baş verərsə, Amerikanın təkcə bizim pulumuzla deyil, həm də hərbi personalımızla münaqişəyə müdaxilə etməli olması ehtimalı böyükdür”, - Ceffris bildirib. Demokratın fikrincə, Rusiya prezidenti Vladimir Putin Rusiya Ukraynada qalib gəlsə, "dayanmayacaq” və NATO ölkələrini hədələyəcək.

Qeyd edək ki, ABŞ hakimiyyəti dəfələrlə Ukraynaya qoşun göndərməyəcəklərini bəyan edib. Belə ki, aprelin əvvəlində dövlət katibi Entoni Blinken Vaşinqtonun münaqişənin gərginləşməsi riskinə görə ordunun göndərilməsinə qarşı olduğunu bildirib. O qeyd edib ki, bu, prezident Co Baydenin mövqeyidir. Son aylarda Fransa prezidenti Emmanuel Makron dəfələrlə qoşun göndərilməsinin mümkünlüyündən danışıb. Onun sözlərindən sonra bəzi NATO ölkələri belə planların olmadığını bəyan edib, bəziləri isə bu məsələnin müzakirəsini dəstəkləyib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->