Xəbər lenti

Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi (FOTO)
Foto 14:06 18.05.2024

Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi (FOTO)

Qəbələdə bir neçə gün davam edən leysan yağışları Nohur gölün daşmasına səbəb olub.

Qaynarinfo apa-ya istinadən xəbər verir ki, hazırda gölün səviyyəsində orta hesabla 1.5 metr və ya 2 metr kimi yüksəlmə müşahidə olunur.

Göldə su səviyyəsinin qalxması nəticəsində, gölün ətrafında olan istirahət komplekslərinə ziddi ziyan dəyib. Göl genişlənərək 180-200 metr irəliləyib.

Hazırda FHN-in Şimal Qərb Regional Mərkəzininn Xüsusi Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən gölün suyunun pompalanması istiqamətində işlər davam etdirilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->