Amerika Birləşmiş Ştatları 2022-ci ilin ilk yarısında gündə 317 milyon kubmetr mayeləşdirilmiş təbii qaz ixrac etməklə Avstraliya və Qətəri geridə qoyaraq dünyanın ən böyük LNG ixracatçısı olub.
Qaynarinfo bu barədə EIA-ə istinadən xəbər
verir.
Bu hesabatın açıqlanması ilə Amerika Enerji İnformasiya Administrasiyası (EIA) bildirir ki, ölkədəki qaz mayeləşdirmə zavodlarının gücünün və qiymətin artması, qaza qlobal tələbat Amerika maye qazının ixracının artmasının əsas səbəbləri olub.
ABŞ-ın LNG ixracatı bu ilin ilk yarısında keçən ilin eyni dövrü ilə müqayisədə 12% artıb.
Bu ilin birinci yarısında Hollandiyadakı Avropa qaz ticarət mərkəzində maye qazın qiyməti təxminən 31 milyon BTU (yanacaq enerjisi və istilik dəyəri vahidlərindən biri) və Asiya pul bazarlarında 29,5 dollar təşkil edib.
Rusiya qazının Avropaya ixracının azalması ilə Böyük Britaniya ilə birlikdə bu ittifaqın 27 üzvü bu ilin birinci yarısında müxtəlif ölkələrdən maye qaz idxalını 63% artıraraq sutkada 420 milyon kubmetrə çatıb. Bununla da Amerika maye qazının payı 55% təşkil edib.
Qeyd edilir ki, ötən il Avropa İttifaqı və Böyük Britaniyanın idxal etdiyi maye qazın 47%-i ABŞ, 15%-i Qətər, 14%-i Rusiya, 17%-i isə Afrika ölkələrinin payına düşüb.
M.Arif
Şərhlər