Dünya 20:15 12.11.2023

ABŞ HƏMAS girovlarının azad edilməsi ilə bağlı danışıqlarda iştirak edir

ABŞ rəsmilərinin HƏMAS-ın girovlarının azad edilməsi ilə bağlı İsrail və Qətər arasında aparılan danışıqlarda iştirakını təsdiqlənib.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan "CBS News" telekanalına müsahibəsində bildirib.

"HƏMAS bağlı İsrail və Qətər arasında fəal müzakirələr gedir və ABŞ bu müzakirələrdə çox fəal iştirak edir", deyən Sallivan təfərrüatları açıqlamaqdan imtina edb.

Sallivanın sözlərinə görə, Ağ Ev israr edir ki, İsrail Qəzza zolağında əməliyyatlar zamanı müharibə qaydalarına əməl etməlidir.

Aydın