Xəbər lenti

Birinci Liqanı
İdman 17:28 28.04.2024

Birinci Liqanı "Araz Saatlı" tərk edəcək, yoxsa "İrəvan"? - PFL-dən açıqlama

Birinci Liqanın sonu yaxınlaşdıqca çempionatı kimin tərk edəcəyi ilə sualın aktuallığı artır. Bir tərəfdə adı danışılmış oyunlarla hallanan və maliyyə problemləri ilə üz-üzə qalan "İrəvan", digər tərəfdə isə sonuncu pillədə qərarlaşan, son 4 turda 7 xallıq fərqi aradan qaldıracağı möcüzəyə bağlı olan bölgə təmsilçisi "Araz Saatlı". Aran təmsilçisinin daha aşağı liqaya yuvarlanması qanunauyğun sayılacaqsa, son turlarda 11 nəfəri güclə tapıb matça çıxaran, sonradan meydana buraxmaq üçün ehtiyatda bir oyunçusu belə olmayan "İrəvan"ın bu şərtlər altında çempionata davam etməsi də xoş görüntü deyil.

Mövsümün sonunda hansı kollektivin liqanı tərk dəcəyi ilə bağlı Peşəkar Futbol Liqasının Texniki İdman Departamentinin direktoru Elgiz Abbasovla əlaqə saxlayıb fikirlərini öyrəndik.
Abbasovun Fanat.Az-a açıqlaması belə oldu:

"Bildiyiniz kimi, Birinci Liqada oynamaq üçün də minimal lisenziyalaşdırma var. Hazırda bu proses davam edir və lisenziyalaşdırmanın nəticəsinə uyğun olaraq yekun danışa bilərik. Yəni hazırda bu məsələ ilə bağlı fikir bildirmək tezdir".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->