Xəbər lenti

ABB Orta Asiya və Afrika ölkələrində maliyyə təşkilatlarına yatırım edə bilər
Ekonomiks 12:08 08.05.2026

ABB Orta Asiya və Afrika ölkələrində maliyyə təşkilatlarına yatırım edə bilər

ABB Orta Asiya və Afrika ölkələrində maliyyə təşkilatlarına investisiya edə bilər.

Qaynarinfo xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.

O əlavə edib ki, artıq bank bununla bağlı ölkələrin qısa siyahısını müəyyən edib.

"ABB-nin investisiya üzrə inkişaf strategiyası təkcə bank sektoruna yatırımla bağlı deyil. Orta Asiya və Afrika ölkələrində ödəniş təşkilatlarına, fintexlərə və digər maliyyə təşkilatlarına yatırım edə bilərik. Amma hələlik bununla bağlı konkret planımız yoxdur” - Abbas İbrahimov əlavə edib.

--> -->