XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Formula 1: Albon və Lando Norris qəza törədərək mübarizəni dayandırdı
İdman16:31 26.09.2026

Formula 1: Albon və Lando Norris qəza törədərək mübarizəni dayandırdı

"Formula 1" üzrə Azərbaycan Qran-prisində daha iki pilot qəza törədib.

Qaynarinfo-nun məlumatına görə, "Maklaren" komandasının pilotu Lando Norris ilə "Alpin"in sürücüsü Pyer Qaslinin bolidləri bir-birinə dəyib.

Toqquşma nəticəsində hər iki pilot mübarizəni dayandırıb.

Bundan əvvəl isə "Uilyams" pilotu Aleksandr Albon "Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza törədib. Onun idarə etdiyi bolid baryerə dəyib.

Trasa təhlükəsizlik maşını girib və sürücü mübarizəni dayandırmalı olub.