Ölkə 10:56 22.04.2023

Abşeronda "kalaşnikov"la gəzən şəxs həbs edildi

Abşeronda silahlı şəxs tutulub.

Qaynarinfo xəbər verir ki, Rəhimov Namiq Oktay oğlu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onun üzərində «Kalaşnikov» konstruksiyalı AKM modelli yivli-odlu, istifadəyə və atəşə yararlı avtomat döyüş silahı 30 ədəd patron aşkarlanıb.

Fakt üzrə Abşeron RPŞ-də CM-in 228.1-ci maddəsi ilə cinayət işi başlanıb. Rəhimov Namiq Oktay oğlu CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddə ilə ittiham elan edilib, Abşeron rayon məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.