Xəbər lenti

Dünya 23:55 25.04.2024

Əfsanəvi filosof Platonun həyatı ilə bağlı inanılmaz faktları üzə çıxdı

İtaliyadan olan tədqiqat qrupu Afinada böyük filosof Platonun dəfn olunduğu yeri aşkar edib. 

Qaynarinfo xəbər verir ki, alimlər Herkulaneumda aşkar edilmiş papirusları süni intellekt vasitəsilə təhlil ediblər.

Hələ 18-ci əsrdə vulkan külü altında qalmış Herkulaneumdakı Papiruslar villasında 1800-dən çox qədim əlyazmalar aşkar edilib. Yeni üsullarından istifadə edərək alimlər mətnlərin əksəriyyətini, xüsusilə, Piza Universitetinin papiroloqu Qratsiano Ranokkia tərəfindən tapılan "Filodem Qadaralının Akademiyasının tarixi” papirusunu deşifrə edə biliblər.

Alim Platonun Afina Akademiyasında, Musalar məbədi yaxınlığındakı bağda dəfn edildiyini iddia edib.

Eramızdan əvvəl 387-ci ildə filosofun özü tərəfindən yaradılmış Akademiya məşhur mütəfəkkirlər məktəbi olub. Bununla belə, yeni təhlillər göstərir ki, onun yaradıcısının Akademiya divarları arasında basdırılma ehtimalı azdır.

Papirusların yenidən tədqiqi göstərir ki, Platon Sokratın ölümündən sonra və ya Spartaların Eginanı zəbt etməsi zamanı qul kimi satılmış ola bilər, bu da Ranokkianın nəzəriyyəsini təkzib edir.

Düzdür, Platonun ölümünün təfərrüatları hələ də sirr olaraq qalır. Bəzi əlyazmalarda onun işləyərkən, bəzilərində isə toyda öldüyü iddia edilir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->