İdman 11:50 14.07.2022

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşdi

İyulun 15-də AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçiriləcək.
 
Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, saat 17:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
 
1. Hakimlər Komitəsinin sədri vəzifəsinə təyinatın müzakirəsi
2. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi
3. "Sabah” FK-nın əvəzedici komandasının 2022/2023-cü il mövsümündə Birinci Divizionda çıxış etməməsi ilə bağlı müraciətə baxılması
4. Digər məsələlər
 
Səbuhi Həsənov