Xəbər lenti

Uruqvayda Muslera ilə belə vidalaşdılar (VİDEO)
İdman 13:51 26.04.2024

Uruqvayda Muslera ilə belə vidalaşdılar (VİDEO)

"Qalatasaray"ın ulduzu Fernando Muslera Uruqvay Millisində karyerasını bitirdiyini açıqlayıb.
 
Qaynarinfo-nun məlumatına görə, Uruqvay Futbol Federasiyası da Muslera ilə vidalaşıb. Milli komandanın sosial media hesabından verilən açıqlamada, "Nando, sənin adın Uruqvay futbolunun zəngin tarixinə 133 matç, 4 dünya kubokunun iştirakçısı və 2011-ci ildə Amerika Kubokunun qalibi kimi daxil olub. Təşəkkür edirik" - sözlərinə yer verilib. 

Uruqvay millisinin heyətində 133 rəsmi oyun keçirən təcrübəli qapıçı bu matçlarda 135 qol buraxıb. O 54 oyunda qapısını toxunulmaz saxlamağı da bacarıb. Muslera 2011-ci ildə Uruqvay millisinin heyətində "Copa America"nın çempionu olub. 

Musleranın gedişi ilə bağlı emosional vida klipi də hazırlanıb.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->