"Rəqəmsal məktəb” platforması bir neçə il ərzində bir sıra məktəblərdə testdən keçirilib. Bu il isə bütün Bakı məktəbləri "Rəqəmsal məktəb” platformasına qoşulub. Bu o deməkdir ki, sinif jurnalının doldurulması, sənədləşmələr və valideynlərlə ünsiyyət platforma vasitəsilə həyata keçiriləcək. Artıq şagirdin gündəliyinə də ehtiyac qalmayacaq”.
Qaynarinfo xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan "Günə davam” verilişinin qonağı olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu səsləndirib.
O bildirib ki, platformada qeydiyyatdan keçən valideynlər övladlarının nailiyyətləri və davranışı barədə operativ məlumat ala biləcəklər: "İstədikləri halda isə məktəb rəhbərliyi ilə chat vasitəsilə problemləri müzakirə etmək imkanı da yaranacaq. Bu platformada tez-tez konkret valideyn sualları ilə rastlaşırıq. Məncə, bu, daha şəffaf işləməyə kömək edir. Hər bir valideyn öz məktəbindəki problemləri birbaşa həmin məktəbin rəhbərliyi ilə müzakirə etmək imkanı qazanır”.
Şərhlər