Albaniyada faciəvi şəkildə ölən azərbaycanlının ata və anası da 15 il öncə bədbəxt hadisənin qurbanı olublar.
Oxu.Az xəbər verir ki, Əvəz Cəfərovun atası Alim Cəfərov və anası 15 il öncə yol-nəqliyyat hadisəsinə düşüblər.
Nəticədə ata A.Cəfərov həlak olub, ana isə qəzada aldığı travmalar səbəbindən hadisədən bir il sonra dünyasını dəyişib.
Qeyd edək ki, bir neçə gün öncə Albaniyanın Dürres limanında bədbəxt hadisə nəticəsində Azərbaycan vətəndaşı olan dənizçi Əvəz Cəfərov dünyasını dəyişib.
2001-ci il təvəllüdlü Ə. Cəfərov Biləsuvar rayonunda dəfn ediləcək.
İstintaq aparıldığı üçün onun nəşinin bir neçə günə Vətənə gətiriləcəyi gözlənilir.
İlkin məlumata əsasən, bədbəxt hadisə gəmidə yük boşaldılması prosesi zamanı baş verib və onu cərəyan vurub.
Qeyd edək ki, mərhum subay idi.
Şərhlər