Xəbər lenti

Allahverdi Yolçuyev işlə təmin olunmadığını dedi - Məlumatı təkzib etdi
Ölkə 11:40 26.07.2025

Allahverdi Yolçuyev işlə təmin olunmadığını dedi - Məlumatı təkzib etdi

Corab satdığı görüntüləri yayıldıqdan sonra diqqət mərkəzinə düşən aktyor Allahverdi Yolçuyev Baku TV-yə açıqlamasında işlə təmin olduğunu deyib:

"Sevindiyimdən o qədər ağladım ki, Musiqi Komediya Teatrında məni işə bərpa etdilər".

Oxu.Az-ın əməkdaşı işin nədən ibarət olduğunu öyrənmək üçün aktyorun özü ilə saxlayıb.

O, saytımıza açıqlamasında məlumatı təkzib edib, bildirib ki, hələ işlə təmin olunmayıb, yalan məlumat yayılıb:

"Musiqili Komediya Teatrından əmək kitabçamı istədilər. Amma iş üçün istəyib-istəmədiklərini demədilər. Çox güman ki, həftənin ilk günü məlumat çıxar. Mənə konkret olaraq işlə təmin olunduğum deyilməyib, sadəcə, maraqlanıblar".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->