Xəbər lenti

Alman mediası Ukraynaya “Taurus” raketlərinin tədarükü planlarından xəbər tutdu
Dünya 19:15 20.02.2024

Alman mediası Ukraynaya “Taurus” raketlərinin tədarükü planlarından xəbər tutdu

Almaniyanın hakim koalisiyası Kiyevə daha çox döyüş sursatı, nəqliyyat vasitəsi və silah sistemləri təqdim etmək üçün məxfi təklif hazırlayıb. Paketə "Taurus” raketləri daxil ola bilər.

Bu barədə Qaynarinfo "Bild”ə istinadən xəbər verir.

DPA agentliyinin məlumatına görə, Bundestaqda bu yardım paketi ilə bağlı səsvermə bu həftə keçirilməsi nəzərdə tutulur. 

Kiyevin çoxdan tələb etdiyi "Taurus” qanadlı raketləri bu paketdə birbaşa qeyd olunmur, lakin sənəddə "Ukraynanın Rusiyanın dərin arxa cəbhəsindəki strateji hədəflərə məqsədyönlü hücumlar həyata keçirməsi üçün zəruri olan əlavə uzaqmənzilli silah sistemləri və sursatların tədarükündən” söhbət gedir. 

"Taurus” raketləri bu təsvirə uyğundur, belə ki, onlar 500 kilometrlik məsafədən hədəfləri vura bilirlər. Fransa və Böyük Britaniya artıq Ukraynanı "Skalp” və "Storm Shadow” qanadlı raketləri ilə təchiz ediblər, lakin onlar "Taurus” qədər effektiv hesab edilmir.

Xatırladaq ki, ötən ildən Ukrayna Almaniyanı 500 kilometrə qədər məsafədə Rusiya hədəflərini məhv etməyə qadir olan uzaqmənzilli "Taurus” raketlərinin tədarükünə başlamağa çağırır.

Lakin Berlin hələlik bu cür tədarüklərdən imtina edir. KİV-in məlumatına görə, kansler Olaf Şolts buna qarşıdır. Keçən həftə o, "Taurus” raketlərinin mümkün çatdırılması ilə bağlı sualı cavablandırmaqdan yayınıb, lakin Almaniyanın Ukraynanı dəstəkləməyə davam edəcəyini vurğulayıb.

Bu yaxınlarda Almaniyanın CDU/CSU partiyası Bundestaqın müzakirəsinə "Taurus” raketlərinin Ukraynaya verilməsini nəzərdə tutan qətnamə layihəsi təqdim etsə də, o, dəstəklənməyib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->