Xəbər lenti

Almaniya müttəfiqlərini dəstəkləmək üçün anında 35 min əsgər göndərməyə hazırdır - Şolts
Dünya 12:40 07.05.2024

Almaniya müttəfiqlərini dəstəkləmək üçün anında 35 min əsgər göndərməyə hazırdır - Şolts

Almaniya müttəfiqlərini dəstəkləmək üçün təlim keçmiş 35 min hərbi qulluqçusunu operativ olaraq yerləşdirməyə hazırdır.

Qaynarinfo Almaniya hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts məlumat verib.

Onun sözlərinə görə, Almaniya Rusiyanın Ukraynaya təcavüzünün başlamasına ardıcıl cavab verə bilib və bu fonda Bundesver Şimal-Şərqi və Mərkəzi Avropanın müdafiəsinə sadiqliyini təsdiqləyir.

"Təxminən 35 min alman əsgəri fövqəladə vəziyyətdə müttəfiqlərimizə operativ şəkildə dəstək verməyə hazırdır", - Şolts bildirib. 

O, həmçinin qeyd edib ki, Baltikyanı ölkələrdə təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır. Almaniya kansleri həmçinin xatırladıb ki, iki il əvvəl Berlin Estoniyanın, bu il isə Latviyanın hava məkanını qorumaq vəzifəsini öz üzərinə götürüb.

Şolts Almaniyanın "NATO ərazisinin hər kvadrat santimetrini” müdafiə etməyə hazır olduğunu da vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Fransanın Silahlı Qüvvələr naziri Sebastyen Lekornü bildirib ki, Paris Avropa xalqını qorumaq üçün çevik reaksiya qüvvələri yaratmaq istəyir. Onlar Şimali Atlantika Alyansının yerinə yetirə bilməyəcəyi tapşırıqları yerinə yetirəcəklər.

Polşanın xarici işlər naziri Radoslav Sikorski də bildirib ki, ABŞ Çinlə qarşıdurmaya diqqət yetirdiyindən Aİ öz müdafiəsini gücləndirmək üçün məsuliyyəti öz üzərinə götürməlidir. Bununla belə, o, əlavə edib ki, Aİ ordusu haqqında söhbətlər lazımsız çaşqınlıq yaradır, çünki bu, milli orduların birləşməsini nəzərdə tutur, onun fikrincə, bu, heç vaxt baş verməyəcək.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->