Xəbər lenti

Almaniya Rusiyanın BMT TŞ-də veto hüququndan məhrum edilməsi ideyasını dəstəkləmir
Dünya 18:00 21.09.2023

Almaniya Rusiyanın BMT TŞ-də veto hüququndan məhrum edilməsi ideyasını dəstəkləmir

Almaniya Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyanı BMT Təhlükəsizlik Şurasında veto hüququndan məhrum etmək təşəbbüsünü dəstəkləmir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Barbok ARD telekanalına müsahibəsində deyib

Onun sözlərinə görə, BMT Nizamnaməsini qorumaq, eyni zamanda təşkilatın modernləşdirilməsi barədə də düşünmək lazımdır.

"Xeyr, biz bunu dəstəkləmirik və mən dəfələrlə ukraynalı danışıqlar tərəfdaşlarıma bu barədə demişəm. Düşünürəm ki, bu, Almaniyada müzakirə üçün vacibdir: Ukraynanın hökumətimizə təklif etdiyi hər şey bizim tərəfimizdən dəstəklənmir”, - Berbok bildirib. 

Qeyd edək ki, bir gün əvvəl, sentyabrın 20-də BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı Volodimir Zelenski Rusiyanı veto hüququndan məhrum etməklə təşkilatda islahatların aparılmasını təklif edib. "Veto təcavüzkarın əlindədir, məhz bu, BMT-ni çıxılmaz vəziyyətə salıb", - Ukrayna prezidenti deyib. Onun sözlərinə görə, bu "əsas islahat BMT nizamnaməsinin qüvvəsini bərpa edəcək”.

2022-ci ildə Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasınından Rusiyanı çıxarılmasına və ya özünü buraxmasına çağırıb. Bu təklif Kiyev vilayətinin Buça şəhərində baş verən hadisələrdən sonra irəli sürülüb. O, Rusiyanın üzvlüyü ilə BMT-nin Ukraynadakı hərbi əməliyyatlarla bağlı hadisələrə effektiv reaksiya verə bilməyəcəyini bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->