Dünya 19:15 24.12.2023

Almaniya və Avstriya terrora hazırlaşan taciklər tutuldu

Almaniya və Avstriyanın təhlükəsizlik qüvvələri Milad bayramıda, o cümlədən Köln kilsəsində terror aktları planlaşdıran islamçılara qarşı əməliyyat keçirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bild” yazıb.

Bildirilir ki, Avstriya və Almaniyadan başqa terror qruplaşmasının üzvləri İspaniyada da hücum hazırlaya bilər. Köln Katedralində təhlükəli obyektlərin olmadığından əmin olmaq üçün alman polisi tərəfindən axtarış aparılıb.

Nəşrin məlumatına görə, bir neçə nəfər Vyanada, bir nəfər isə Almaniyanın qərbindəki Saarland federal əyalətində həbs edilib.

Nəşr bildirir ki, saxlanılan şəxslər İŞİD terror qruplaşması ilə əməkdaşlıq edən Tacikistan vətəndaşlarıdır.

Aydın