Hamburqda (Almaniya) əvvəllər Xristian Demokrat İttifaqının ən tanınmış siyasətçilərindən biri olan 81 yaşlı Dirk Fişer evdən qovulub.
Qayanrinfo "Bild"ə istinadən xəbər verir ki, 37 il Bundestaqın deputatı olan Fişer bir neçə aydır Hamburqda geniş mənzilin kirayə haqqını ödəmir və ən azı 2521 avroluq altı ödəniş borcu var. Bazar ertəsi, iyulun 14-də onun evinə məhkəmə icraçısı gəlib.
Ayda 7,159 avroluq parlament pensiyasına baxmayaraq, Fişer dolana bilmir. Keçmiş partiya həmkarlarının dediyinə görə, o, demək olar ki, bütün pulları Braziliyaya - sevgilisinə və ailəsinə göndərir.
"Bild" mənbələrindən biri deyir: "Bu münasibət onun üçün son dərəcə vacibdir, o, ailəsinin rifahı üçün hər şeydən imtina edir".
XDİ-dən olan dostları, o cümlədən tanınmış partiya xadimləri son illərdə Fişerə maliyyə yardımı göstərib. Amma görünür ki, vəziyyət son həddə çatıb. Fişer özü "Bild"ə bildirib ki, ev sahibi ilə bütün məsələləri həll edib mənzilə qayıtmağa ümid edir.
Fişer uzun illər Hamburqda tanınan bir fiqur olub. O, 1992-2007-ci illərdə XDİ-nin regional bölməsinə rəhbərlik edib, 2007-2021-ci illərdə Hamburq Futbol Assosiasiyasının prezidenti olub.
Aydın
Şərhlər