Xəbər lenti

İdman 12:59 17.01.2024

Almaniyalı əfsanə: "Messi ötən ilin ən yaxşısı adına layiq deyildi"

Almaniya millisinin sabiq futbolçusu Lotar Matteus Beynəlxalq Futbol Federasiyasının (FIFA) versiyasına görə argentinalı hücumçu Lionel Messinin 2023-cü ilin ən yaxşı futbolçusu seçilməsi ilə razılaşmadığını bildirib. 

Qaynarinfo bu barədə "Sky Germania"ya istinadən xəbər verir.

"Böyük uğurları nəzərə alsaq, "Mançester Siti" və Erlinq Haalandı ötüb keçmək mümkün deyil. O, "Mançester Siti" ilə ən vacib titulları qazanıb. Haalandın oyunu heyranedici idi. Bu, ən yaxşı və ən vacib oyunçunu seçərkən həlledici olmalıdır. Ən yaxşı Haaland idi", deyə Matteus bildirib.

Qeyd edək ki, ötən mövsüm Erlinq Haaland "Mançester Siti" ilə Çempionlar Liqası, İngiltərə Premyer Liqası, İngiltərə Kuboku, UEFA Superkuboku və Klublararası Dünya Kubokunun qalibi olub.

Messi və Haaland "The Best" səsverməsində 48 xal toplayıb, lakin argentinalı oyunçu milli komandaların kapitanlarının daha çox səsi sayəsində qalib gəlib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->