Xəbər lenti

AMEA-nın Rəyasət Heyəti ləğv edilir? (SİYAHI)
Ölkə 11:26 27.02.2026

AMEA-nın Rəyasət Heyəti ləğv edilir? (SİYAHI)

Azərbaycan Milli Elmlər Akademiyası-nın rəhbərliyi, o cümlədən Rəyasət Heyəti ləğv edilə bilər. 

Qaynarinfo-nun verdiyi xəbərə görə, bu barədə Sfera.az saytı öz mənbələrinə istinadla məlumat yayıb.

İddialara əsasən, qurumun idarəetmə strukturu yenidən formalaşdırılacaq və elmi fəaliyyətin əsasən universitetlərə inteqrasiyası hədəflənir.

Məlumata görə, yeni modeldə ali təhsil müəssisələrinin yalnız tədris yox, həm də fundamental və tətbiqi tədqiqat mərkəzinə çevrilməsi planlaşdırılır. Struktur islahatları çərçivəsində idarəetmə mexanizmlərinin sadələşdirilməsi və institutların fəaliyyət modelinin yenilənməsi nəzərdə tutulur.

Qərarın yaxın vaxtlarda rəsmi açıqlanacağı gözlənilir.

Qaynarinfo xatırladır ki, Azərbaycan Milli Elmlər Akademiyası-nın Rəyasət Heyəti Akademiyanın ali kollegial idarəetmə orqanıdır. Bu orqan AMEA-nın 
Prezidenti, Birinci vitse-prezidenti, Vitse-prezidentləri, Akademik-katibləri, Bölmə rəhbərləri və seçilmiş həqiqi üzvləri əsasında formalaşır.

Rəyasət Heyəti Akademiyanın strateji qərarlarını qəbul edir, struktur dəyişikliklərini təsdiqləyir və elmi siyasətin icrasına nəzarət edir.

Onların aktual siyahısını təqdim edirik: 

Ad və soyad Vəzifə
1 İsa Əkbər oğlu Həbibbəyli Prezident
2 Arif Məmməd oğlu Həşimov Birinci vitse-prezident, akademik-katib
3 Dilqəm Babir oğlu Tağıyev Vitse-prezident
4 İbrahim Səid oğlu Quliyev Vitse-prezident
5 Rasim Mahmud oğlu Əliquliyev Vitse-prezident
6 Töfiq Murtuza oğlu Nağıyev Vitse-prezident
7 Nərgiz Arif qızı Paşayeva Rəyasət Heyətinin üzvü
8 İrada Məmməd qızı Hüseynova Rəyasət Heyətinin üzvü
9 Camil Əziz oğlu Əliyev Rəyasət Heyətinin üzvü
10 Gövhər Baxşəli qızı Baxşəliyeva Rəyasət Heyətinin üzvü
11 İsmayıl Muxtar oğlu Hacıyev AMEA Naxçıvan Bölməsinin rəhbəri, Rəyasət Heyətinin üzvü
12 Fuad Yusif oğlu Əliyev AMEA Gəncə Bölməsinin rəhbəri, Rəyasət Heyətinin üzvü
27.02.2026
--> -->