Xəbər lenti

Apteklərdə kütləvi yoxlamalar aparıldı, ciddi nöqsanlar aşkarlandı
Ölkə 10:57 04.03.2026

Apteklərdə kütləvi yoxlamalar aparıldı, ciddi nöqsanlar aşkarlandı

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) fevral ayında ümumilikdə 98 aptekdə yoxlama aparıb.

Qaynarinfo xəbər verir ki, bu barədə AEM məlumat yayıb.

Bildirilib ki, yoxlamalardan 23-ü Bakı şəhərində, 75-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

Keçirilən yoxlamaların 77-si planlı, 20-si plandankənar, 1-i isə yoxlamadan kənar olub.

Nəticələrə əsasən, 31 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib edilib.
--> -->