Siyasət 14:09 13.06.2022

Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun iqtisadi pespektivləri (TƏHLİL)

Arazdəyən-Culfa-Ordubad-Meğriı-Horadiz dəmir yolunun tikintisi məsələsi Mher Qriqoryan və Aleksey Overçuk arasında iyunun 3-də Moskvada keçirilən görüşdə müzakirə olunub. Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya hökumətinin rəsmi bəyanatında da deyilir. 

Məlumdur ki, görüşdə Ermənistan və Azərbaycan ərazisindən sərhəd nəzarəti, gömrük nəzarəti, avtomobil yolları, dəmir yolları, nəqliyyat vasitələri və yüklərin keçirilməsi məsələləri aydınlaşdırılıb. Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı razılıq Azərbaycan Prezidenti ilə ötən ilin dekabrında Brüsseldə keçirilən görüş zamanı əldə olunub.

Əldə olunan razılaşmaya əsasən Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolu sıfırdan tikiləcək. Dəmir yolunun Ermənistan ərazisindən keçən hissəsi cəmi 45 kilometr olacaq. Bu  isə uzunluğu 700 km-dən çox olan Rusiya-Azərbaycan-Ermənistan-Naxçıvan-Türkiyə dəmir yolunun kiçik bir hissəsidir ki, Azərbaycan üçün də çox əlverişlidir.

Yuxarıda adı çəkilən dəmir yolunun iqtisadi perspektivlərinə nəzər salsaq, burada həqiqətən də Azərbaycan tərəfinin maraqları daha çox əsaslıdır.

Naxçıvan Muxtar Respublikasından Ermənistan Respublikasına üç yol var və bu yollar dəmir yolu ilə giriş-çıxışı təmin edir. Birincisi Arazdəyən-Sədərək, ikincisi Ordubaddan Aqaraq Meğriyə gedən yol, üçüncüsü isə Angeğakot-Biçənək yoludur.

Ordubad-Meğri yoluna əsasən dəmir yolu əlaqəsinin açılması nöqteyi-nəzərindən baxılır. Bu halda Arazdəyən-Şərur keçidinin açılması Ermənistan Respublikasının Ararat bölgəsini Naxçıvanla birləşdirəcək.

Məlumdur ki, Arazdəyən-Sədərək-Şərur-Naxçıvan-Culfa-Ordubad lahiyəsinin təxminən 194 km uzunluğunda olan dəmir yolu Meğri ilə Ermənistan sərhədini keçərək Horadizə, oradan isə Azərbaycanın mərkəzi hissələri ilə Dərbəndə keçmək və beləliklə, Rusiyaya getmək mümkündür. 

Bu halda İrəvandan Dərbəndə getmək üçün təxminən 953 km yol qət etmək lazım olacaq. Dərbənddən Moskvaya dəmir yolu ilə məsafə isə təxminən 1750 km-dir. Hesablamalar göstərir ki, bu gün Moskva-İrəvan 20 ton tutumlu standart avtomobil daşımasının qiyməti 3000-3600 dollar təşkil edir. Yükdaşıma müddəti yayda 5-7 gün, qışda isə orta hesabla 15 gündür.

Bu dəmir yolu sahəsinin yenidən açılmasının iqtisadi məqsədəuyğunluğunu qiymətləndirmək üçün Azərbaycan ərazisindən yükdaşıma tariflərini, daşıma haqlarını müəyyən etmək lazımdır və bundan sonra nəqliyyat xərclərinin nə qədər azalacağını anlamaq mümkün olacaq. 
Əgər bu gün bu yolun yenidən açılmasını yalnız iqtisadi xərc komponenti baxımından Larsa alternativ hesab etsək, o zaman bizə aydın olacaq ki, nəqliyyat xərcləri və yükdaşıma vaxtı nə qədər azalacaq, bu erməni biznesi üçün nə dərəcədə faydalı olacaq, yüklərin təhlükəsizliyinə təminatlar və bir sıra başqa məsələlər öz müsbət təsirlərini göstərəcək. 

Bu gün təkcə Azərbaycan yox, Ermənistan da bu alternativ marşrutun yenidən işə salınmasını təkcə Rusiya ilə dəmir yolu əlaqəsinin olması, Lars avtomobil daşımalarının şaxələndirilməsi imkanları baxımından deyil, həm də Culfa vasitəsilə İrana çıxış baxımından nəzərdən keçirməlidir. Belə olan halda İranla dəmir yolu ilə əlaqə yaranarsa, yol demək olar ki, iki dəfə azalacaq, bu da öz növbəsində Ermənistan üçün yeni səmərəli imkanlar yarada bilər.

Məsələyə Gürcüstana alternativ yol nöqteyi-nəzərindən baxsaq, bu halda İrəvandan Ermənistanın şimal-şərq rayonlarına, oradan Tiflisə və ya Bakıya, oradan da Rusiyaya marşrutun yenidən açılması effektivdir. Dilican-Vanadzorun 47 km-lik hissəsi tikilərsə, Gümrü-Vanadzor-Dilican-İcevan-Qazax-Bakı marşrutunu işə salmaq mümkün olacaq ki, bu da optimal regional dəmir yolu qovşağı ola bilər. Türkiyə ilə sərhəd açılsa, bu halda bu marşruta Türkiyənin Doğuqapı stansiyası (Qars) da qoşulacaq. 

Araşdırmalarımız göstərir ki, Qars-Gümrü-Naxçıvan-Meğri-Bakı dəmir yolunun tam istismarı ilə Ermənistan üçün yük dövriyyəsi 2,44 milyon ton təşkil edəcək və bu, 14,19 milyon dollar gəlir əldə edəcəksə, Azərbaycan üçün bu, təxminən 43,17 milyon dollar, Türkiyə üçün isə 59,86 mln təşkil edəcək. 

Xatırladaq ki, Ermənistan ixracı artıra və istehsalı şaxələndirə bilə, təkmilləşdirilmiş nəqliyyat şəbəkəsi vasitəsilə ticarət vaxtını və xərcləri azalda bilər. Nəqliyyat blokadasında olan Ermənistan üçün dəmir yolu, təbii ki, iqtisadi artım və xarici ticarət əlaqələrinin genişləndirilməsi baxımından mühüm rol oynayır. Eyni zamanda, Azərbaycandan fərqli olaraq Ermənistan nəzarət funksiyalarının lazımi qaydada həyata keçirilməsi üçün gömrük xidmətlərinin fiziki, institusional və elektron infrastrukturunu modernləşdirməli, milli gömrük orqanlarında təftiş nəzarətinin gücləndirilməsi imkanlarının öyrənilməsini təmin etməlidir. 

Telman