İdman 15:57 14.03.2024

Argentina Superkubokunun qalibi müəyyənləşdi

Argentina Superkubokunun qalibi müəyyənləşib.
 
Qaynarinfo-nun məlumatına görə, Kordobadakı Mario Alberto Kempes stadionunda Argentina Premyer Liqasının son çempionu "River Pleyt", ölkə kubokunun qalibi "Estudiantes"lə qarşılaşıb. 

"Estudiantes" üçüncü dəqiqədə Xavyer Korreanın vurduğu qolla önə keçsə də üstünlüyü qoruya bilməyib. "River Pleyt" 80-ci dəqiqədə Zaid Romeronun avtoqolu sayəsində hesabı bərabərləşdirib. Komandaya superkuboku qazandıran qolu isə 90+2-ci dəqiqədə Rodriqo Aliendro vurub. 
 
Görüş "River Pleyt"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Səbuhi Həsənov