Xəbər lenti

Argentinada Messiyə görə  xüsusi əskinaslar çap olunacaq (FOTO)
İdman09:33 22.12.2022

Argentinada Messiyə görə  xüsusi əskinaslar çap olunacaq (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
36 ildən sonra dünya çempionatının kubokunu Argentinaya gətirən Lionel Messi üçün Cənubi Amerika ölkəsində yeni mövzu gündəm olub.
Qaynarinfo xarici KİV-ə istinadən məlumat verir ki, Argentina Respublikasının Mərkəzi Bankı üzərində Messinin şəkillərinin yer aldığı pullar çap etmək qərarına gəlib. Bank rəsmilərinin xatirə sikkə planı reallaşarsa, bu, Argentinada ilk olmayacaq. 1978-ci ildə ilk dəfə dünya çempionatının qalibi olan Argentina ilə bağlı əvvəllər də xatirə sikkələri hazırlanmışdı. Bundan başqa xatirə sikkələri Argentinanın keçmiş birinci xanımı Eva Peronun ölümünün 50-ci ildönümündə də istehsal edilib.
"El Financiero” qəzeti Messinin şəkillərinin yer aldığı pulların 1000 peso dəyərində çap olunacağını iddia edib.
Sonuncu dəfə 1986-cı ildə dünya çempionu olan Argentina yığması arzusuna Qətərdə keçirilən DÇ-2022-də çatdı.  Amerikalılar finalda Fransa millisini məğlub etməklə növbəti dəfə dünya çempionatının kubokunu başı üzərinə qaldırıb. 
Səbuhi Həsənov