Xəbər lenti

Arif Quliyevin xanımı vəfat etdi
Ölkə 16:29 27.06.2024

Arif Quliyevin xanımı vəfat etdi

Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva vəfat edib.

Qaynarinfo Axşam.az-a istinadən xəbər verir ki, G.Quliyeva bu gün dünyasını dəyişib.

Məlumatı aktyorun oğlu Rövşən Quliyev təsdiqləyib. O bildirib ki, anası bu gün günorta dəfn edilib:

"Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən qəbiristanlıqda, qardaşım Fəridin yanında dəfn etdik”.

Qeyd edək ki, Gülzar Quliyeva qaraciyər sirrozundan əziyyət çəkirdi.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->