Xəbər lenti

Aşıq Ulduz Sönməz 80 illik yubileyi ilə bağlı nazirin sərəncamını gözləyir
Sənət 14:41 02.12.2025

Aşıq Ulduz Sönməz 80 illik yubileyi ilə bağlı nazirin sərəncamını gözləyir

Azərbaycan aşıq sənətinin təbliğində böyük zəhməti olan Əməkdar mədəniyyət işçisi Aşıq Ulduz Sönməzin 80 illik yubileyi dövlət səviyyəsində qeyd olunmayıb.

Aşıq Ulduz Qaynarinfo-ya açıqlamasında bildirib ki, 80 illik yubileyinin dövlət səviyyəsində keçirilməməsinin səbəbləri var:

"Bunu Aşıqlar Birliyinin sədri Məhərrəm Əliyev bilər, nə deyim. Mənim səlahiyyətimdə olan bir məsələ deyil. Heç kim mənə yubileylə bağlı nəsə deməyib. Mən bu sənətdə işimi görmüşəm. Yubileylə bağlı müzakirələr getdi, amma sonradan nə oldusa, heç kəs bu məsələnin üstünə gəlmədi. Hətta yubiley Muğam Mərkəzində oktyabrın 4-də keçirilməli idi. Mədəniyyət naziri məni qəbul elədi, təbrik edib, diplom da verdi. Mənim yubileyimin keçirilməsi üçün sərəncam olmalıdır, bu isə hələ verilməyib”.

Ulduz Sönməz vurğulayıb ki, yubileyin üstündən müəyyən vaxt keçməsinə baxmayaraq, hələ də tədbirlə bağlı sərəncamın veriləcəyinə ümidlidir:

"Mənim gördüyüm işləri respublikada heç kəs görməyib. Aşıq sənəti tədris olunmayıb, ağızdan-ağıza bu günümüzə gəlib çatıb. 1990-cı ildən bu günə kimi aşıq sənətini tədris etmişəm. Aşıq sənətinin proqramını tərtib edib, yazmışam. 30 il kollecdə aşıq sənətini təbliğ etmişəm. 100-dən artıq tələbəm olub. Belə bir adamın sənətini qiymətləndirə bilməyənlərə mən nə deyə bilərəm”.

Mədəniyyət Nazirliyi məsələyə münasibət açıqlayıb. Nazirlikdən Qaynarinfo-ya bildirilib ki, nazir Adil Kərimli Aşıq Ulduz Sönməzin 80 illik yubileyi ilə bağlı onunla görüşüb və təbrik edib. 

Azərbaycan Aşıqlar Birliyinin sədr müavini Aşıq Altay Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Aşıq Ulduz Sönməzin 80 illik yubileyinin keçirilməsi Mədəniyyət Nazirliyinin səlahiyyətindədir:
 
 

"Ulduz xanım ustaddır, aşıq sənətində böyül xidməti, əməyi var. Mədəniyyət Nazirliyi onunlar görüş keçirib, nazir Ulduz xanımı təbrik edib. Amma ustad aşıqların yubileyinin dövlət səviyyəsində keçirilməsi məsələsi birliyin deyil, nazirliyin səlahiyyətindədir”. 

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->