Dünya 14:11 25.11.2022

Avropa İttifaqı Şurası kollektiv şəkildə qaz almağa razılaşdı, ancaq Rusiyadan deyil...

Aİ-nin fövqəladə enerji şurası iclasın yekunlarına dair kommünikeyə əsasən, Rusiya yanacağı istisna olmaqla, birgə qaz alışına dair tənzimləmə haqqında razılığa gəlib.

Qaynarinfo bu barədə Rosbalt-a istinadla xəbər verir.

Sənəddə qeyd edilir ki, yeni qaydalar üzv dövlətlərə və enerji şirkətlərinə dünya bazarlarında qazı birgə almağa imkan verəcək. Bu, Aİ ölkələrinə qaz uğrunda rəqabətdən və müvafiq olaraq qiymət artımından qaçmağa imkan verir. Həmçinin vurğulanır ki, üzv dövlətlər "Rusiya qazının birgə satınalmalardan kənarda qalacağını xüsusi qeyd ediblər”.

Daha əvvəl Brüsseldə keçirdiyi mətbuat konfransında Aİ Enerji Şurasına sədrlik edən Çexiyanın Sənaye və Ticarət naziri Yozef Sikela izah edib ki, birgə satınalma qaydası Avropa Komissiyasının enerji böhranının təsirlərini yumşaltmaq üçün tədbirlər paketinin bir hissəsidir və dekabrın 13-də keçiriləcək növbəti fövqəladə şurada əlavə müzakirə tələb olunur.
 
Alpər