İdman 21:01 29.11.2023

Avstraliyalı idmançı iştirak edəcəyi yarışa soyuducuda hazırlaşır

Şimal qütbündə 230 kilometrlik ultramarafon qaçışına qatılacaq 42 yaşlı atlet Sia Kindberq yarışa hazırlaşmaq üçün maraqlı üsul tapıb.

Qaynarinfo-nun məlumatına görə, Avstraliyanın Melburn Universitetinin qütb araşdırma mərkəzi ilə əməkdaşlıq edən Kindberq -40 dərəcədə reallaşması gözlənilən yarışa xüsusi soyuducuda qaçmaqla hazırlaşır. 

Yarışla bağlı universitetdə yaradılan komanda Kindberq üzərində müxtəlif paltarlar sınayıb və onun bədəninin ekstremal hava şəraitinə reaksiyasını araşdırıb. Komandaya rəhbərlik edən professor Alessandro Toffoli 42 yaşlı idmançının qaçdığı soyuducunun əvvəllər qütb bölgələrində külək, dalğalar və buz kimi məlumatları ölçmək üçün istifadə olunduğunu deyib. Kindberqin qaçış zamanı qarşılaşacağı şərtləri simulyasiya edən soyuducunun ölçüsünün 17 x 2,4 x 2,4 metr olduğu və temperaturunun mənfi 18 dərəcəyə qədər endirilə bildiyi qeyd olunub. Toffoli, dirəklərə bənzər küləyin soyuducuya sovrulduğunu və bu şəkildə hiss edilən temperaturun -25 dərəcəyə qədər enə biləcəyi lakin texniki olaraq -40 dərəcəyə çatmasının mümkünsüzlüyünü də nəzərə çatdırıb. 

Melburn Universitetinin "Pursuit” jurnalına açıqlama verən idmançı, xərçənglə mübarizə aparan dostunun hərəkət zamanı yaşadığı çətinlikləri gördükdən sonra ultramarafonda iştirak etməyə qərar verdiyini söylədi. Melburn Universitetində komanda ilə işləməyin ona unikal bir fürsət yaratdığını deyən Kindberq, gündə üç saata qədər məşq etdiyini və qaçış zolağında bu məşqlər zamanı bədən reaksiyaları haqqında çox şey öyrənmək fürsəti qazandığını bildirib.

"Beyond the Ultimate" tərəfindən təşkil edilən beşgünlük ultramarafonun şərtləri belədir ki, idmançılar öz geyimlərini və yeməklərini daşıyacaq, həmçinin Arktikanın dondurucu bölgələrində yollarını tapacaq. 

Səbuhi Həsənov