Xəbər lenti

Azad olunmuş ərazilərdə qiymətlər niyə bahadır? - Ekspert
Ekonomiks 12:44 02.11.2023

Azad olunmuş ərazilərdə qiymətlər niyə bahadır? - Ekspert

"İşğaldan azad olunan ərazilərdə iaşə obyektlərində yemək, çay, gecələmək üçün otelin qiyməti baha ola bilər. Biz bazar iqtisadiyyatında yaşayırıq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib. O bildirib ki, bazar iqtisadiyyatı şəraitində sahibkara qiymət diqtə eləmək mümkin deyil:

"Olmamalıdır. Orada insanlar azdır, təhlükə daha çoxdur. Ona görə bu məsələlərin üstünə getmək olmaz, əksinə biz hökumətə dəstək verməliyik. Həm də tələb etməliyik ki, proses daha sürətli getsin. Amma bu prosesin qaralanmasının bir vətəndaş kimi əlehinəyəm".

Akif Nəsirli qeyd edib ki, əhalinin ata-baba yurduna qayıdışı müəyyən ağrılarla müşaiyyət olunan bir prosesdir:

"Amma biz həm vətəndaş, həm vətəndaş cəmiyyəti üzvləri olaraq bu qayıdışın baş tutmasına daha çox çalışmalıyıq. Qayıdışın daha müəkəmməl şəkildə, qısa zamanda həyata keçirilməsi iqtiqamətində çalışmalıyıq. Həm dövlət, həm də cəmiyyət olaraq hamı buna çalışmalıdır ki, insanlar ata-baba yurduna qayıtsınlar və həmin ərazilərdə qısa zamanda məskunlaşsınlar”. 
 


Akif Nəsirli deyib ki, əsas məqsəd hamının öz yurdunda məskunlaşmasıdır:

"Ola bilər ki, oradan qayıdan insanlar olsun. Bu, kütləvi xaraketer daşıya bulməz. Çünki kim istəməz ki ata-baba yurdunda məskən salsın? Biz əslində hökumətdən tələb etməliyik ki, həmin ərazilərdə qısa zamanda məskunlaşmanı təmin eləsin, həm də biz buna dəstək olmalıyıq. Ona görə də istəməzdik ki, bu cür təxribatçı informasiyalarla media sektorunu dolduraq”. 

Akif Nəsirli hesab edir ki, bəziləri azad olunmuş ərazilərdə yaşamaqdan bir qədər rahatsız ola bilər:

"Bu da normaldır. Adam 30 il şəhər mühitində yaşayıb, indi rayona köçüb. Amma ümumi götürəndə məcburi köçkünlərin 90%-i can atır ki, ata- baba yurduna getsin. Bizim məcburu köçkünlərimiz də var. Çox istərdim ki, hökumət onlara şərait yaratsın, imkan versin ki, gedib özlərinə ev tiksinlər. Biz bunu həyata keçirməklə düşmənə sübut edəcəyik ki, bu torpaq bizimdir”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->