Xəbər lenti

Azərbaycan Araik Arutyunyanla Cəlal Arutyunyanı axtarır
Siyasət 11:08 01.10.2023

Azərbaycan Araik Arutyunyanla Cəlal Arutyunyanı axtarır

Gəncənin dinc əhalisinin raket zərbələri ilə atəşə tutulması və mülki əhalinin qətlə yetirilməsi ilə bağlı həmin dövrdə Davit Babayan, Araik Arutyunyan, Cəlal Arutyunyan beynəlxalq axtarışa verilib.

Qaynarinfo xəbər verir ki, bunu bu gün Şəhidlər Xiyabanında Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

"Onlardan biri artıq həbsədədir və barəsində istintaq gedir. Yaxın zamanlarda Azərbaycan ictimaiyyəti bunlar və digərləri barədə ətraflı məlumat alacaq", -deyə K.Əliyev əlavə edib.

Qeyd edək ki, Davit Babayan artıq həbs olunaraq, Bakıya gətirilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->