Avropa çempionatına hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda iki yoxlama oyunu keçirib.
Qaynarinfo xəbər verir ki, komanda Azərbaycanda təlim-məşq toplanışında olan Latviya millisi ilə qarşılaşıb. Hər iki matç yığmamızın qələbəsi ilə başa çatıb – 3:2, 3:0.
Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatında C qrupunda Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq. Qrupun oyunları avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək.
Şərhlər