Xəbər lenti

Azərbaycan neftinin qiyməti 70 dollara yaxınlaşdı
Ekonomiks 10:14 28.01.2026

Azərbaycan neftinin qiyməti 70 dollara yaxınlaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,45 ABŞ dolları və ya 2,14% aartaraq 69,31 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67,86 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində "Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
--> -->