2026-cı ilin ilk beş ayında Azərbaycanda idxal olunan minik avtomobilləri ilə bağlı statistika açıqlanıb. Statistikaya görə, ötən ilin yanvar-may aylarında ölkəyə 39 min avtomobil gətirilibsə, indi bu bu rəqəm 24 minə düşüb.
İdxaldakı bu azalma avtomobil bazarına necə təsir edəcək?
Nəqliyyat eksperti Yasin Mustafayev Qaynarinfo-ya açıqlamasında bunun səbəbinin son 3 ildə elektrikli və hibrid avtomobillərə güzəştin tətbiq edilməsi ilə əlaqədar olduğunu deyib:
"Elektrikli və hibrid avtomobillər gömrük və ƏDV vergisindən azad idi. Bu güzəştlər yanvarın 1-dən qaldırıldı. Ona görə də bu müəyyən qədər alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb oldu".
Ekspertin sözlərinə görə, yanvarın 1-dən bu güzəştlərin aradan qaldırılması ilə bağlı məlumat veriləndə avtomobil həvəskarları ötən ilin axırında bahalaşmamış çoxlu sayda maşın sifariş verdi:
"Yəni, bu ilin əvvəlində alınacaq avtomobillər ötən ilin axırlarında son aylarında alınıb. Buda həmin statistikaya gətirib çıxardı".
Bahar Rüstəmli
Şərhlər