Xəbər lenti

Azərbaycanda 2.8 tondan çox qızıl istehsal edildi
Ekonomiks 22:50 12.12.2025

Azərbaycanda 2.8 tondan çox qızıl istehsal edildi

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 2815 kq qızıl, 3505.5 kq isə gümüş istehsal edilib.

Qaynarinfo Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.7%, gümüş istehsalı isə 14.4% artıb.

Qeyd edək ki, 2025-cü il dekabr ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 155 kq və 885.3 kq təşkil edib.

Xatırladaq ki, 2024-cü il ərzində ölkədə 2663.5 kq qızıl, 3184.9 kq isə gümüş istehsal edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->