45 yaşdan sonra qida vərdişində edilən dəyişikliklərin insan ömrünü təxminən 3 il uzada bilər.
Qaynarinfo xəbər verir ki, bu beynəlxalq araşdırma İngiltərədəki UK Biobank ilə birgə həyata keçirilib.
Araşdırmada 10 il ərzində 103 649 şəxsin 5 fərqli qidalanma vərdişi, ölüm nisbəti və həyat müddəti ilə mümkün əlaqəsi araşdırılıb. Orta hesabla 10,6 illik izləmə müddətində 4 314 ölüm qeydə alınıb. İştirakçıların "Alternativ Sağlam Qidalanma İndeksi-2010”, "Alternativ Aralıq Dənizi Diyeti (aMED)”, "Sağlam Bitki Əsaslı Qidalanma İndeksi (hPDI)”, "Hipertoniya ilə Mübarizə üçün Qidalanma Yanaşmaları” və "Diabet Riskini Azaltma Diyeti (DRRD)” kimi qidalanma vərdişləri, ölüm nisbətlərinin azalması və ömrün uzanması ilə əlaqələndirilib.
Araşdırmaya görə, sağlam qidalanma kişilərin ömrünü 1,9–3 il, qadınların isə 1,5–2,3 il uzada bilər. Həyat müddətinin kişilərdə ən çox DRRD, qadınlarda isə aMED vərdişi ilə uzandığı müəyyən edilib. Eyni zamanda, bu nəticələrin genetik meyillərlə əlaqəli olduğu vurğulanıb.
Tədqiqat göstərir ki, sağlam qidalanma vərdişləri insanların genetik quruluşundan asılı olmayaraq ömrü uzatma üstünlüyü təmin edir.
Araşdırma Science Advances jurnalında yayımlanıb.
Günay
Şərhlər