Ekonomiks 10:34 28.02.2024

Azərbaycanda ən dəyərli 4 valyuta: 5,52 manata satılır

Azərbaycanda ən dəyərli 4 valyutanın bu günə olan məzənnəsi açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bunlar Küveyt dinarı, İngiltərə funt sterlinqi, avro və dollardır.

Bir Küveyt dinarının Azərbaycan manatına qarşı məzənnəsi 5 manat 52 qəpikdir. Küveyt dinarı hazırda dünyanın ən dəyərli valyutasıdır.

Azərbaycanda ən bahalı 2-ci valyuta İngiltərə funt sterlinqidir. Bu valyutanın manat qarşısında məzənnəsi 2 manat 15 qəpikdir.

1 avro 1 manat 84 qəpik, 1 dollar isə 1 manat 70 qəpik təşkil edir.

1920-ci ildə dünyanın ən dəyərli valyutası hesab olunan İsveçrə frankının hazırda manata qarşı məzənnəsi isə 1 manat 93 qəpikdir.

Azərbaycanda ən ucuz valyuta Livan funtudur. Belə ki, 100 livan funtu 0.0019 manatdır.