Xəbər lenti

Azərbaycanda zəlzələ oldu
Ölkə 01:34 23.08.2023

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda 4,9 maqnitudada zəlzələ olub.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Məlumata görə, zəlzələ Masallı və Cəlilabad rayonlarının sərhədində qeydə alınıb. Zəlzələ ocağı 13 km dərinlikdə yerləşib. Zəlzələ episentrdə 4 bala yaxın hiss edilib.

Vətəndaşların verdiyi məlumata görə, zəlzələ Salyan, Neftçala, Biləsuvar, Lənkəran, Masallı, Beyləqan, Saatlı, Yardımlı, Lerik və digər rayonlarda da olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->