Xəbər lenti

Azərbaycanın hərbi-iqtisadi  gücü artmaqdadır - Deputat
Dünya 17:18 02.08.2022

Azərbaycanın hərbi-iqtisadi  gücü artmaqdadır - Deputat

"Bu gün ölkəmiz həm Avropa üçün etibarlı və vacib tərəfdaşdır, həm də  regionumuz  üçün sülhü təmin edən güclü dövlətdir. Bunlar milli maraqlarımızın bu günü və gələcəyi üçün strateji əhəmiyyət daşıyır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat hazırda dünya tarixinin özünün ən mürəkkəb və çətin mərhələlərindən birini yaşamaqda olduğunu vurğulayıb:"Bir tərəfdən Yaxın Şərqdən Şərqi Avropaya qədər geniş bir coğrafiyada baş verən müharibələr, digər tərəfdən pandemiyalar və onların yaratdığı fəsadlar qlobal siyasi – iqtisadi böhranlara səbəb olmaqla insanların rifahına mənfi təsir göstərir, yaşam şərtlərini çətinləşdirir, milyonlarla insanları yurdundan edərək qlobal miqrasiya böhranı yaradır. Elə siyasi keçmiş etibarilə ortaq olduğumuz post-sovet məkanında baş verən hadisələr, müharibələr dövründə Azərbaycan sabitlik və inkişaf adası kimi görünür.Yaşadığımız Cənubi Qafqaz regionunun geostrateji əhəmiyyəti və yeni dünya nizamı paradiqmaları kontekstində Azərbaycanın əldə etdiyi tarixi uğurlar sözün əsl mənasında bir möcüzə sayıla bilər. Belə mürəkkəb hərbi-siyasi şərtlər içərisində cəmisi 44 gün davam edən müharibədə tarixi zəfər əldə etmək özlüyündə mühüm tarixi hadisədir. Ancaq buna paralel olaraq, ərazimizin işğaldan azad edilmiş 20- faizlik hissəsində durmadan quruculuq işləri həyata keçirmək və böyük qayıdış prosesini başlatmaq da ayrıca bir tarixi hadisədir”. 
 
Deputat hesab edir ki, bütün bunların arxasında üstün strateji ağıl, siyasi qətiyyət, qərarlılıq və böyük uzaqgörənlik dayanır:"Azərbaycan illərdir bu nalliyyətlərə hədəflənib, düşünülmüş və ardıcıl siyasət həyata keçiriərək indiki mərhələyə çata bilib.
 
Şübhəsiz ki, bu tarixi uğurlarımızın siyasi və iqtisadi tərəfləri var və bunlar biri digərini tamamlayan vahid tamın iki əsas komponentləridir. Güclü və müstəqil iqtisadiyyat yaratmadan siyasi müstəqilliyi qorumaq olduqca çətindir. Ancaq qətiyyətli siyasi iradə olmadan da müstəqil iqtisadiyyat qurmaq mümkün deyil.  Azərbaycan bunu etməyi bacarıb”. 

Hikmət Babaoğlu deyir ki, hazırda güclü sosial siyasətlə dəstəklənən hərbi-iqtisadi  gücümüz daha da artmaqdadır:"Şübhəsiz ki, bunlar dərin strateji diplomatiya və uğurlu xarici siyasətlə tamamlanır. Əks təqdirdə Azərbaycan yaratdığı yeni reallıqları dünyaya qəbul etdirə bilməz və bu gün dünyanın enerji və hərbi-siyasi təhlükəsiziliyinin təmin edilməsində mühüm aktorlardan birinə çevrilə bilməzdi”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->