Xəbər lenti

Bakıda binada təhlükə: Tavan çökdü (VİDEO)
Video 23:53 14.06.2026

Bakıda binada təhlükə: Tavan çökdü (VİDEO)

İkimərtəbəli binada mənzilin tavanı çöküb.

Söhbət paytaxtın Xətai rayonu, İlqar Həbibov küçəsi 52 ünvanında yerləşən yaşayış binasından gedir.

Sakinlərin sözlərinə görə, bina ötən əsrin 30-cu illərində inşa olunub və artıq uzun illərdir istismar edilir. Onlar bildirirlər ki, binanın dam örtüyü sıradan çıxıb, divarlarda çatlar yaranıb, mənzillərin tavanında isə qopmalar baş verir. Sakinlər deyirlər ki, problem ən çox yağışlı havalarda özünü göstərir. Çünki dam örtüyü yararsız vəziyyətdə olduğundan su birbaşa mənzillərə dolur:

Onların sözlərinə görə, problemin həlli üçün aidiyyəti qurumlara müraciət ediblər. Onlar bildirirlər ki, rayon icra hakimiyyətinin nümayəndələri də binaya baxış keçiriblər. Amma, hələlik mövcud vəziyyət dəyişməyib. Sakinlər hesab edirlər ki, dam örtüyünün yararsız olması, tavan və divarlarda yaranan çatlar binada yaşayanlar üçün gündəlik narahatlıqla yanaşı, təhlükə də yaradır.

Məsələ ilə bağlı "Xəzər Xəbər" Xətai rayon İcra Hakimiyətinə müraciət edib. Bildirilib ki, sözügedən problemdən məlumatları var. Həmin bina daxil, rayon ərazisindəki qəzalı binaların siyahısı aidiyəti üzrə göndərilib. Mərhələli şəkildə problemlərin aradan qaldırılması istiqamətində işlər görülür.

--> -->